Sumqayıtda Çin şirkətləri ilə müzakirələr aparılıb. Sumqayıt24 bu haqda 3 mart tarixində xəbər verir.
Sumqayıt Kimya Sənaye Parkında “Ka Shui International Holdings Ltd.” şirkətinin direktorunun müşaviri, eyni zamanda “Dragon Mining Resources Ltd.” şirkətinin direktoru Dano Çanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə əməkdaşlıq əlaqələrinin yaradılması, sənaye parklarına investisiya yatırılması, maqnezium istehsalı layihəsinin həyata keçirilməsi imkanları müzakirə edilib.
Sonda qonaqlar Parkın rezidenti “Baku Non Ferrous and Foundry Company” MMC-nin fəaliyyəti ilə tanış olublar.