Novxanı çimərliyində təmizlik aksiyası keçirilib. Sumqayıt24 bu haqda 2 oktyabr tarixində xəbər verir.
İşlər "Zeytun bağları" markası və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunub. "Zeytun bağları"nın rəhbərliyi və əməkdaşları, nazirliyin könüllüləri, “Azersun Holding”in əməkdaşları, xüsusən “Bakı Qida və Yağ Fabriki” kollektivi tərəfindən ərazi tullantılardan təmizlənib.