Sumqayıtda zəncirvari qəza olub.
Report xəbər verir ki, hadisə Çerkassı küçəsində baş verib. Məlumata görə, “NUR çörək” zavoduna məxsus “Ford” markalı avtomobil “Mercedes”, “Li Auto” markalı maşınlarla və yük maşını ilə toqquşub.
Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. İnsanlar arasında xəsarət alanların olub-olmadığı məlum deyil.