Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsi Sumqayıtda yaşayan əhalinin sayını açıqlayıb. Bu barədə bu gün, 29 noyabr tarixində APA məlumat yayıb.
Məlumata görə, 1 oktyabr 2021-ci il tarixinə Sumqayıtın əhalisi 347 min nəfər təşkil edib. Hacı Zeynalabdin qəsəbəsində 23,6 min nəfər, Corat qəsəbəsində 13,7 min nəfər, Sumqayıt şəhərində isə 309,7 min nəfər yaşayır.
2020-ci ilnən müqayisədə əhali 800 nəfər və ya 0,2 faiz artıb.