Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. Bu haqda 26 oktyabr tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə – 95 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaqlar. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Qeyd edək ki, indiyədək sözügedən kənddə daimi məskunlaşan ailələrin sayı 150, yəni 744 nəfərə çatacaq. Kəndə köçürülmə davam edəcək.