Sumqayıtda dənizdə batan şəxsin axtarışları başa çatıb. Bu haqda 11 avqust tarixində Sumqayıt24 məlumat verir.
Hadisə Corat qəsəbəsindəki nəzarətsiz ərazidə baş verib. 32 yaşlı Tural Əliyev dənizdə çimərkən boğulub. Onun cəsədi Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.