Millət vəkili Sumqayıt sakinlərini qəbul edib. Sumqayıt24 bu haqda 16 dekabr tarixində xəbər verir.
Görüş Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binasında keçirilib. Deputat Tahir Mirkişili seçicilərin suallarını cavablandırıb. Onları narahat edən məsələlərin bir hissəsi yoluna qoyulub. Digər problemlərin həlli üçün isə müvafiq qeydlər aparılıb.