Sumqayıtda “Diqqət, uşaqlar!” adlı təhlükəsizlik aylığına yekun vurulub. Bu haqda 13 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirlər Sumqayıt şəhər 7, 10 və 12 nömrəli, eləcə də Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəblərində baş tutub.
1000-ə yaxın şagirdin və 100-dən çox valideynin iştirakı ilə keçirilən görüşlərdə təhsilalanlara mövzu ilə bağlı geniş məlumat verilib. Məktəblilərin hazırladıqları səhnəciklər nümayiş olunub.