Sumqayıtda “Uşaqların əmək hüquqları”, ”Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzularında tədbir keçirilib. Sumqayıt24 bu haqda 20 sentyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Görüş Dövlət Əmək Müfəttişliyi Xidməti Abşeron-Xızı Regional Şöbəsi tərəfindən təşkil olunub. Burada şöbənin rəisi Aqşin Əhədov, əməkdaşları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri iştirak ediblər.
Mövzu ilə bağlı ətraflı məlumat verilib. Suallar cavablandırılıb və bukletlər paylanılıb.