Sumqayıtda yaşıllıqların salınması ilə bağlı tender elan edilib. Bu haqda 26 oktyabr tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
Müsabiqə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi tərəfindən elan olunub.
Şərtlərlə aşağıda tanış olmaq mümkündür:
- İştirak haqqı 350 manat təşkil edir;
- Satınalan təşkilatın ünvanı: 41-ci məhəllə;
- Müsabiqənin başlama tarixi və vaxtı: 25.10.2023 saat 15:00;
- Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 17.11.2023 saat 15:00;
- Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.11.2023 saat 15:00;
- Zərflərin açılış tarixi və vaxtı: 28.11.2023 saat 15:00.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi – Müşfiq Məmmədov, baş mühasib.
Email: [email protected]
Əlaqə telefonu: (01864) 4-73-71.
Foto Fed.az