Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədri Himalay Məmişov Sumqayıtda vətəndaş qəbulu keçirib. Bu haqda 13 oktyabr tarixində Sumqayıt24 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.
Görüşdə Sumqayıt, Abşeron və Xızı sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər, əsasən, pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.
Sakinlər tərəfindən qaldırılan məsələlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub.