Sumqayıtda “Sevgimizi paylaşaq” adlı tədbir keçirilib. Bu haqda 22 avqust tarixində Sumqayıt24 QAC-a istinadən məlumat verir.
Tədbir Mərkəzi Kitabxananın Uşaq bölməsi və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin birğə təşkilatçılığı ilə baş tutub. Yığıncaqda çıxış edən qonaqlar ölkədə sosial-humanitar siyasətin vacib əhəmiyyətindən, qayğıkeşliyin, insanpərvərliyin hər zaman gərəkli olduğundan danışıblar.
Tədbirin sonunda kimsəsiz, ehtiyacı olan ahıllara ərzaq paylanılıb. Ağsaqqal və ağbirçəklər bu diqqət və qayğıya görə təşəbbüskara və təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.