Sumqayıtda ibtidai sinif müəllimi təltif edilib. Bu haqda 7 oktyabr tarixində Sumqayıt24 Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinə istinadən məlumat verir.
Elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. VII qrant müsabiqəsinin qalib layihə rəhbəri, 21 nömrəli məktəbin müəllimi İradə Behbudova Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.