Sumqayıtda qadın intihara cəhd edib. Sumqayıt24 bu haqda 23 dekabr tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə 4-cü mikrorayonda baş verib. Şəhər sakini, 48 yaşlı Rəqsanə Həbibova kirayə yaşadığı mənzilin ev sahibi ilə münaqişə edib. Nəticədə o, ülgüclə qolunu kəsib. Qadın dərhal xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.