Sumqayıtlı abituriyent ən yüksək nəticə göstərib. Sumqayıt24 bu haqda 4 avqust tarixində xəbər verir.
Məlumata görə, IV ixtisas qrupu üzrə ən yüksək balı (392.5) Sumqayıt şəhər 11 nömrəli məktəbinin məzunu Fəxri Həsənzadə toplayıb. Hər iki mərhələnin cəminə görə də rekord nəticə həmin abituriyentə məxsusdur.
O, imtahanın birinci mərhələsində 285.7 bal toplayıb. Beləliklə, IV ixtisas qrupu üzrə ən yüksək nəticə 678.2 bal təşkil edib.