Sumqayıtda uşaq köməksiz qalıb. Sumqayıt24 bu haqda 15 dekabr tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə 1 azyaşlının mənzildə bağlı qapı arxasında qaldığı bildirilib. Məlumatla əlaqədar qurumun Sumqayıt Regional Mərkəzinin əməkdaşları əraziyə yönəliblər.
Həyata keçirilən tədbirlərlə nəzarətsiz qalmış uşaq xilas olunub.