FHN-in Sumqayıt Regional Mərkəzində “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib. Bu haqda 16 oktyabr tarixində Sumqayıt24 FHN-ə istinadən məlumat verir.
“Heydər Əliyev İli”nə həsr olunmuş tədbirdə Regional Mərkəzin rəisi polkovnik Vaqif Fətullayev, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin şöbə müdiri Fərid Gülməmmədov, YAP şəhər təşkilatının sədri Ramiz Hüseynov, SDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Əmirxan İsayev və FHN-in yerli qurumlarının rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Mərkəzin akt zalında davam edən toplantıda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ulu öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıblar.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.