Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi görüş keçirib. Sumqayıt24 bu haqda 11 iyul tarixində xəbər verir.
“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda məşq “Səba” ASC-nin rəhbərliyi üçün təşkil olunub.
Görüş zamanı şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib. Sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.