Nəzarətsiz qalan uşaq çətin anlar yaşayıb. Sumqayıt24 bu haqda 7 noyabr tarixində xəbər verir.
Hadisə noyabrın 6-da Sumqayıtda baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı bildirilib.
Ünvana FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Nəticədə uşaq xilas edilib.