FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən “Hündürlükdən xilasetmə işlərinin aparılması” mövzusunda praktiki gecə təlimi keçirilib. Bu haqda 28 sentyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bağlı qapı arxasında şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişləri “xilas edib, onlara ilkin yardım göstəriblər”.
Sonda seminarın nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Təlimin keçirilməsində məqsəd xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.