Sumqayıtda “Dağıntılar altında qalmış zərərçəkmişin xilas edilməsi” mövzusunda praktiki təlim baş tutub. Bu haqda 29 avqust tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Seminar FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən keçirilib. Burada xilasedicilər şərti dağıntı zamanı “xəsarət almış zərərçəkmiş” xilas edilərək ona təxirəsalınmaz ilkin tibbi yardım göstərilib.
Təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.