Sumqayıtda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub. Bu haqda 15 dekabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Məlumatla əlaqədar xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib.