Sumqayıtda azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 9 oktyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Çağırış üzrə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.