FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən nümunəvi mülki müdafiə məşqi keçirilib. Bu haqda 18 avqust tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusuna həsr olunan təlim “ALCO” MMC-də baş tutub.
Burada FHN-in regional Mərkəzinin əməkdaşları, “ALCO” MMC-nin rəhbər heyəti, Mülki müdafiə qərargahının rəisi və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak ediblər.
Məşq zamanı fövqəladə hadisə üzrə şərti olaraq verilmiş siqnallar əsasında iş xəritələrinin hazırlanması, qüvvələrin idarə edilməsi, düzgün qərarvermə bacarıqları qiymətləndirilib.
Sonda şərti olaraq verilmiş siqnallar üzrə görülmüş işlər təhlil edilib və bu istiqamətdə tövsiyələr verilib.