Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi müşavirə keçirib. Bu haqda 22 dekabr tarixində Sumqayıt24 FHN-ə istinadən məlumat verir.
Toplantı “2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusuna həsr edilib.
Tədbirdə FHN-in Regional Mərkəzi, şəhər İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, eləcə də bir sıra təşkilatların rəhbərləri iştirak ediblər.
Çıxış edən natiqlər mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər. Eləcə də şəhər ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə danışılıb.
Müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.