Sumqayıtlı gənc İspaniyada təhsil alacaq. Sumqayıt24 bu haqda 22 avqust tarixində xəbər verir.
Kənan Hətəmli İsmət Qayıbov adına 1 nömrəli məktəbin məzunudur. O, bakalavr təhsilini Bakı Dövlət Universitetinin Kimya fakültəsində aldıqdan sonra Azərbaycan - Fransız Universitetinin "Kimya mühəndisliyi" fakültəsinə daxil olub.
Həmşəhərlimiz bu il Elm və Təhsil Nazirliyinin "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Barselona Universitetində doktorantura pilləsini oxumaq hüququ qazanıb.