Pnevmatik silahdan güllə atıcılığı üzrə Sumqayıt çempionatı keçirilib. Sumqayıt24 bu haqda 7 noyabr tarixində xəbər verir.
Yarış Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən “Sumqayıt gəncləri narkomaniyaya yox deyirlər” devizi altında Paralimpiya İdman Kompleksində təşkil olunub.
Çempionatda ali, orta ixtisas, peşə təhsil müəssisələri və gənclər təşkilatları mübarizə aparıb. Nəticədə Sumqayıt Musiqi Kollecinin komandası 1-ci, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi 2-ci, Sumqayıt Dövlət Universitetinin təmsilçisi isə 3-cü yeri tutub.