Sumqayıtda maarifləndirici təlim keçirilib. Bu barədə 5 sentyabr tarixində Gənclər Evinə istinadən xəbər veririk.
“Təhlükəsiz Addımlar” layihəsi çərçivəsində keçirilən seminar Gənclər Evində baş tutub. Təlim "Mina təhlükəsizliyi" və "İlk yardım" mövzularını əhatə edib. Burada sınıqlar, yaralar, yanıqlar və digər mövzular haqqında geniş məlumat verilib, eləcə də praktiki nümayiş olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.