Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsindən azad olunub. Sumqayıt24 bu haqda 16 sentyabr tarixində Report.az-a istinadən xəbər verir.
Fuad Babayev 2 ay əvvəl Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunmuşdu. Qısa müddət keçməsinə baxmayaraq, o, vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə hələ ki təyinat yoxdur.
Qeyd edək ki, Fuad Babayev uzun illər Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.