Sumqayıt Olimpiya İdman Kompleksində "Poliqon" gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib. Sumqayıt24 bu haqda 2 avqust tarixində xəbər verir.
Düşərgədə Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbçiləri müxtəlif hərbi təlimlər, topoqrafiya, mühəndis-istehkam, kəşfiyyat, ilkin tibbi hazırlıq, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş növləri üzrə praktiki təlimlər keçirib, ekskursiyalar və hərb oyunları təşkil ediblər.
85 gəncin qatıldığı düşərgənin sonunda iştirakçılar Vətənə sədaqət andı içiblər.