Sabah gözlənilən hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 13 dekabr tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək.
Dekabrın 13-dən 14-nə keçən gecə, əsasən, yarımadanın şimalında qısa müddətə yağışın sulu qarla qarışma ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək, 766 mm civə sütunu, nisbi rütubət isə 80-85% olacaq.