Sumqayıtda “Gender bərabərliyi” mövzusunda təlim keçirilib. Sumqayıt24 bu haqda 25 iyul tarixində xəbər verir.
Görüş Sumqayıt Qadın Resurs Mərkəzi, N. Nərimanov adına Mərkəzin “Dostluq” Mədəniyyət evi və Sumqayıt Gənclər Evi tərəfindən təşkil olunub.
Gunel Ələkbərova təlimdə ekspert qismində çıxış edib, Qadın Resurs Mərkəzinin aktiv üzvü Azadə Nərimonava isə ailədə gender ayrı-seçkiliyindən söz açıb. Həmçinin Gənclər Evinin könüllüləri mövzu ətrafında təqdimat ediblər.