top
“Giltexin sədri: “COP üçün 50 mindən çox uniforma istehsal etmişik”
12 noyabr 2024, 05:23
- +

“Giltex"in sədri: “COP üçün 50 mindən çox uniforma istehsal etmişik”

Azərbaycanda tekstil sənayesində lider olan “Giltex” Tekstil şirkəti COP29-da təmsil olunur. “Giltex” həmçinin istehsal etdiyi ekoloji cəhətdən təmiz məhsullarla Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirə ev sahibliyi etdiyi COP29-a dəstək göstərən şirkətlərdən biridir.

Bu məqsədlə APA-Economics “Giltex” şirkətinin İdarə Heyətinin sədri Kamran Ağası ilə olan müsahibəni təqdim edir:

- Kamran bəy, “Giltex” COP29-da necə təmsil olunur və əsas iştirak məqsədiniz nədən ibarətdir?

- Biz “GP Cotton” olaraq COP29-da iki şirkətlə təmsil olunuruq. Bunlar “Prime Cotton” və “Giltex” şirkətləridir. “Prime Cotton”un əsas istiqaməti pambıq istehsalıdır, “Giltex” isə faktiki olaraq tekstil məhsulları, parça istehsal edir. “Giltex" Tekstil Fabriki 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Şirkət Cənubi Qafqazda vertikal inteqrasiya sistemi ilə qurulub, tekstil istehsalı prosesinin bütün texnoloji mərhələlərini əhatə edən yeganə müəssisədir. Əsas xammal olaraq yüksək keyfiyyətli Azərbaycan pambığından istifadə edən fabrikimizdə müxtəlif növ tekstil məhsulları istehsal edir.

Əgər “Giltex”dən danışsaq, deyə bilərik ki, iqlim dəyişikləri bizim strategiyamızın tərkib hissəsidir. “Giltex”in dəyərlərindən biri də davamlılıqdır. Əlbətdə ki, bizim üçün COP29 qatılmaq böyük bir fürsətdir. Ona görə ki, biz şirkət kimi öz dəstəyimizi göstəririk.

Deyə bilərəm ki, COP komandası tərəfindən istifadə edilən bir çox uniformalar “Giltex” şirkəti tərəfindən hazırlanıb. Bizim tərəfimizdən ümumilikdə COP komandası üçün 50 mindən çox uniforma istehsal edilib. Bura müxtəlif polo, t-shirt, köynək, eco çanta, şalvar daxildir. Bu uniformaların hazırlanmasında yerli pambıqdan və innovativ texnologiyalardan istifadə edilib. Eyni zamanda qeyd edim ki, bu uniformaların bir qismi təxminən 2 minə qədəri antibakterial texnologiyalardan istifadə edilərək hazırlanıb. Əsas məqsədlərimizdən biri istehsalatımızı daha da böyütmək və bu sahədə daha yaşıl texnologioyaları Azərbaycana gətirməkdir. COP29 bu baxımdan bizim üçün fürsətlər yaradır.

-“Giltex”in illlik istehsal gücü nə qədərdir?

- “Giltex” Tekstil Fabriki 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Fabrik 15 hektar ərazidə 70 min kv.m. istehsal sahəsini əhatə edib. 1000-dən çox işçi çalışır. İplik, toxuma, hörgü, boyama, tikiş və maska istehsalı fabrikləri fəaliyyət göstərir. İstehsal gücü illik 18 milyon metr parça, 1800 ton trikotaj, 1 milyon yataq dəsti və 250 min uniforma təşkil edir.

- Kamran bəy, bildiyimiz qədər yerli bazarla yanaşı istehsal etdiyiniz məhsulların bir hissəsi ixraca yönəlir? İstehsalın hansı həcmini ixraca yönəldirsiniz?

- Artıq 12 ildir ki, fəaliyyət göstəririk. Burada biz əsasən dəsmallar, yataq dəstləri, müxtəlif geyimlər, uniformalar istehsal edirik. İstehsal etdiyimiz məhsulları daha çox MDB ölkələrinə, o cümlədən Rusiya bzarına ixrac edirik. Eyni zamanda bu məhsulları Avropa və Yaxın Şərq ölkələrinə ixrac etmək planlarımız var. Ümumilikdə isə istehsal etdiyimiz məhsulların 50%-ə qədəri ixraca yönəldilib.

Qeyd etdiniz ki, ixrac bazarlarından biri kimi Avropa əsas hədəflərdən biridir. Bunun üçün hansısa sertifikatlar tələb olunurmu?

-“Giltex”in üstünlüyü ondan ibarətdir ki, bir sıra beynəlxalq keyfiyyət sertifikatlarına sahibdir. ISO 9001- 2015 – Keyfiyyət İdarəetmə Sistemi, ISO 14001- 2015 – Ətraf Mühit Standartlarına uyğunluq , ISO 45001- 2018 – İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi, AZS Uyğunluq Sertifikatı – Məhsulların milli standartlara uyğunluğunu təsdiq edən sertifikatı və bir çox sertifkatlara sahibik. Ötən ay biz BSCI sertifikatını aldıq. GiLTEX bu sertifikata layiq görülən Azərbaycanın ilk tekstil şirkəti kimi qlobal təşkilatlar arasında öz yerini alıb. Avropa bazarına çıxmaq üçün bu sertifikat çox vacibdir.

- Avropa bazarlarında tekstil sahəsində digər ölkələrlə rəqabət apara biləcəyikmi?

- Təbii ki, Banqladeş, Hindistan və Çin kimi böyük istehsalçılarla rəqabət aparmaq biraz çətindir. Çünki, bu ölkələrdə əmək haqqları aşağı olduğundan məhsulların maya dəyəri daha aşağı olur. Ona görə də şirkət olaraq daha marjinal məhsulların istehsalına üstünlük veriririk. Eyni zamanda beynəlxalq sertifkatlarımız bizim rəqəbət üstünlüyümüzü artırır. Onuda qeyd edim ki, MDB ölkələri bizim məhsulları idxal edilərkən gömrük rüsumları tutulmur, Avropa ölkələrində isə idxalçılar gömrük rüsumları ödəyirlər. Bu da əlbətdə ki, bizim Avropa bazarlarında rəqabətimizə mənfi təsir göstərə bilər. Amma daha çox premium məhsulların istehsalına fokuslanmışıq. Bu sahədə düşünürük ki, bizim təklif etdimiz məhsullar daha da rəqabətə davamlıq olacaq.

Son xəbərlər

İdman
Bu gün, 15:45

"Əlimdən gələn hər şeyi edəcəyəm" – "Sumqayıt"ın yeni transferi söz verdi

Bütün xəbərlər
Bu gün, 15:45

Çimərlik mövsümünün son gününün havası

Bütün xəbərlər
Bu gün, 15:15

Şəriətdə süni intellekt məsələsi - Allahşükür Paşazadə nə düşünür?

Bütün xəbərlər
Bu gün, 14:46

Sumqayıtda qardaş qardaşı maşınla vurdu

Bütün xəbərlər
Bu gün, 14:15

Sumqayıtın problemli küçəsi asfaltlanır - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:45

Sabahdan Bakı metrosunda intervallar azaldılır

Bütün xəbərlər
Bu gün, 13:15

Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı başlayır

Bütün xəbərlər
Bu gün, 12:45

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda sakinlərin dincliyini pozan problem - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-dan beynəlxalq elmi uğur

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıt gənclərini BÖYÜK TƏDBİR gözləyir

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtda azyaşlının ayağı velosipeddə sıxılıb qaldı

Bütün xəbərlər
Bu gün, 10:25

Bu gün hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 10:15

BDYPİ-dən yeni tədris ilinin başlanması ilə bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda qəza - İki maşına ciddi ziyan dəydi

Bütün xəbərlər
Bu gün, 09:14

Bakı metrosunun işində problem yarandı - səbəb açıqlandı

Bütün xəbərlər
Dünən, 12:00

Sumqayıtda məhəllədaxili yol PARKİNQƏ çevrilib - VİDEO

Bütün xəbərlər
12 sentyabr 2026, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
12 sentyabr 2026, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
12 sentyabr 2026, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
12 sentyabr 2026, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
12 sentyabr 2026, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
12 sentyabr 2026, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
12 sentyabr 2026, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Oxşar xəbərlər