Sumqayıt Gömrük İdarəsinin əməkdaşları maarifləndirici təlimdə iştirak ediblər. Bu haqda 22 avqust tarixində Sumqayıt24 Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Seminar gömrük nəzarətinin təşkili, gömrük yoxlaması, beynəlxalq tranzit, “Yaşıl dəhliz” və əqli mülkiyyət hüquqları mövzularını əhatə edib. İnteraktiv qaydada keçirilən təlimdə Komitənin mütəxəssisləri iştirakçılara təqdimatlar əsasında məlumatlar verib, onların suallarını cavablandırıblar.
Tədbirin məqsədi gömrük əməkdaşlarının potensialını gücləndirmək, bilik və bacarıqlarını artırmaqdır.