”Günəşim” Kukla Teatrı Bakıda “Akvariumda balıq” adlı master-klas təşkil edəcək. Bu haqda 5 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
“Cult Baku”da keçiriləcək ustad dərsinə 3 yaşdan yuxarı uşaqlar və böyüklər qatıla bilərlər. Master-klas oktyabrın 29-u saat 11:00-da baş tutacaq. Sonda içərisində canlı balıqlar olan akvarium iştirakçılara təqdim olunur.
Biletləri (077) 767 12 72 nömrəsi ilə əlaqə saxlayıb əldə etmək mümkündür.
Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 3.