Sumqayıt Tibb Mərkəzinin (STM) növbəti canlı yayımı olacaq. Sumqayıt24 bu haqda 11 oktyabr tarixində xəbər verir.
Yayımın qonağı 2 nömrəli Xəstəxananın Əməliyyat blokunun rəhbəri, həkim-cərrah, Azərbaycan Tibb Universitetinin dissertantı Aytən Əsədova olacaq. O, öd daşı xəstəliyindən və onun müalicəsindən danışacaq.
Canlı yayımı 13 oktyabr saat 14:00-da Sumqayıt Tibb Mərkəzinin Facebook səhifəsində izləmək mümkündür.