Sumqayıt Tibb Mərkəzinin (STM) canlı yayımının budəfəki qonağı məlum olub. Bu haqda 31 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Yayım 31 oktyabr saat 14:00-da Sumqayıt Tibb Mərkəzinin Facebook səhifəsi üzərindən olacaq. Perinatal Mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri, həkim-ginekoloq Fidan Cabbarlı efirdə ginekologiyada minimal invaziv cərrahiyyədən danışacaq.
Mövzu ilə bağlı sualları STM-in Facebook səhifəsindəki şərh bölməsində yazmaq mümkündür.