Sumqayıtda "Vətən və mən" adlı məlumat saatı təşkil olunub. Sumqayıt24 bu haqda 10 avqust tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Hərbi vətənpərvərlik mövzusunda olan məlumat saatı Mərkəzi Kitabxana Sisteminin M.Ə. Rəsulzadə adına kitabxana filialında baş tutub. Görüşdə uşaq, yeniyetmə və gənclər iştirak ediblər. Onlara qəhrəman şəhidlərimizdən və filialda olan kitablardan bəhs edilib.