Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkını ziyarət ediblər. Bu haqda 7 oktyabr tarixində Sumqayıt24 İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən məlumat verir.
Qonaqlara burada fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, eləcə də sahibkarlar üçün mövcud əlverişli investisiya imkanları barədə məlumat verilib.
Görüş çərçivəsində İZİA-nın Peşə Təhsil Mərkəzi ilə mümkün əməkdaşlıq imkanlarının qurulması, sənaye sahəsində birgə fundamental və praktik əhəmiyyətli tədqiqatların aparılması barədə müzakirələr aparılıb.
Sonda iştirakçılar Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.