Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüş keçirib. Sumqayıt24 bu haqda 16 sentyabr tarixində xəbər verir.
Şəhər rəhbəri 4-cü mikrorayon sakinləri ilə görüşüb. Tədbirə İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri qatılıblar.
Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan problemlərin həlli üçün qurum rəhbərlərinə tapşırıqlar verib.