Sakinləri narahat edən tikinti ilə bağlı tapşırıq verilib. Sumqayıt24 bu haqda 2 oktyabr tarixində xəbər verir.
Sumqayıt bulvarında gecə saatlarında tikinti işləri aparılır. Xəbər verdiyimiz kimi, gecədən səhərə qədər ərazidə betontökmə prosesi gedir. Texnikanın səsi yaşayış komplekslərinin sakinlərini yuxusuz qoyur.
Redaksiyamız tərəfindən problem işıqlandırıldıqdan sonra İcra Hakimiyyəti hərəkətə keçib. Qurumdan bildirilib ki, müvafiq tapşırığa əsasən, ərazi nəzarətə götürüləcək.