Sumqayıtda gənclərlə fikir mübadiləsi aparılıb. Bu barədə 4 avqust tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Görüş idarə əməkdaşlarının iştirakı ilə "Bookland cafe & shop" məkanında keçirilib. Şəhərdə gənclərlə işin gücləndirilməsi, kitaba marağın artırılması, maarifləndirmə, müxtəlif müsabiqələrin, intellektual oyunların təşkili, bacarıqların inkişafı və s. mövzular müzakirə olunub. Həmçinin layihələrin birgə icrası nəzərdən keçirilib.