Sumqayıtda şəhərin idman ictimaiyyətinin nümayəndələri görüş keçiriblər. Sumqayıt24 bu haqda 19 iyul tarixində məlumat verir.
Toplantı 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutub.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin fəaliyyət planının hazırlanması ilə əlaqədar təşkil olunan görüşdə idman bazalarının, müstəqil idman klublarının, idman zallarının və stadionların fəailiyyəti, beynəlxalq və yerli yarışların keçirilməsi, sosialyönümlü layihələrin həyata keçirilməsi və s. məsələlər müzakirə olunub.