“Kimyaçı” mədəniyyət sarayında III Sumqayıt Kitab Sərgisinin açılış mərasimi keçirilir. Bu haqda 13 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Sərgidə 30-dan artıq tanınmış nəşriyyatın kitablarını müxtəlif faizli endirimlərlə əldə etmək mümkündür. Tədbirin ilk günündə yazıçı Rövşən Abdullaoğlu ilə imza saatı baş tutub.
Burada konsert proqramı, uşaqlar üçün master-klaslar təşkil olunub, eləcə də müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar yaradılıb. Sərgi saat 19:00-dək davam edəcək.
Qeyd edək ki, kitab bayramı oktyabrın 15-i yekunlaşacaq.
[modula id="43811"]