Sumqayıtda ictimai iaşə obyektində yanğın baş verib. Bu haqda 29 avqust tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə ikimərtəbəli restoranın 1-ci mərtəbəsində qeydə alınıb. Tavandan keçən elektrik kabelləri 12 p.m yanıb. Alov söndürülüb. Tikili yanğından mühafizə olunub.