Sumqayıt Dövlət Rəsm Qalereyasında “Ümumbəşəri bəla” mövzusunda tədbir baş tutub. Bu haqda 27 iyul tarixində Sumqayıt24 xəbər verir.
İnsan alverinə qarşı mübarizə ilə bağlı təşkil olunan tədbir şəhər Mədəniyyət Evinin təşkilatçılığı ilə həyata keçirilib.
Burada Sumqayıt Qadın Resurs Mərkəzinin rəhbəri Günel Ələkbərova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Ruslan Mustafazdə, Prezident təqaüdçüsü Almaz Sahilə ekspertlər qismində çıxış ediblər.
Çıxışlarda ölkəmizdə insan alveri qurbanlarının azaldılması istiqamətində görülən işlərdən, bu sahədə tədbirlərin gücləndirilməsindən, qanunvericilik bazasının yaradılmasının əhəmiyyətindən danışılıb.