Sumqayıtda intihara cəhdin qarşısı alınıb. Bu haqda 7 oktyabr tarixində Sumqayıt24 məlumat verir.
Hadisə ötən gün 45-ci məhəllədə qeydə alınıb. Şəhər sakini, 42 yaşlı Elnur Şıxəliyev 14 mərtəbəli yaşayış binasının damına çıxaraq həyatına qəsd etmək istəyib.
Əraziyə FHN-in xüsusi xilasetmə qrupu və polis əməkdaşları cəlb ediliblər.
İntihara cəhdin qarşısı alınıb.