Sumqayıtda külək ziyansız ötüşməyib. Sumqayıt24 bu haqda 18 oktyabr tarixində BakuTV-yə istinadən xəbər verir.
Son günlər Abşeron yarımadasında, habelə şəhərimiz ərazisində güclü külək əsir, havalar qeyri-sabit keçir. Nəticədə bir sıra fəsadlər yaranıb. Bunlardan biri Xətai küçəsində qeydə alınıb. Belə ki, irigövdəli ağac “Opel” markalı avtomobilin üzərinə düşərək ona ziyan vurub.