Sumqayıtda münaqişə zamanı zədə alan şəxs xəstəxanada dünyasını dəyişib. Bu haqda 31 oktyabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə oktyabrın 28-i Çerkassı küçəsində yerləşən mebel sexində baş verib. 36 yaşlı Amid Gözəlov iş yoldaşı ilə dava zamanı başından ağır zədə alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, bu gün müalicə aldığı tibb ocağında ölüb.
Faktla bağlı araşdırma aparılır.