Sumqayıtda dirək təhlükə saçır. Sumqayıt24 bu haqda 18 dekabr tarixində xəbər verir.
Problem 40-cı məhəllədə yaranıb. Yaşayış binalarının önündə yerləşən qəzalı işıq dirəyi yalnız ağacın hesabına “ayaqda durur”. Son günlər əsən güclü külək onu daha da əyib. Buradan insanların, avtomobillərin keçdiyini nəzərə alsaq, dirəyin aşması faciə ilə nəticələnə bilər.